ABŞ-nin Ukraynaya yardım üçün pulu qutarıb
ABŞ-nin Ukraynaya uzunmüddətli yardım üçün pulu yoxdur.
Paralel.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Ağ Evin Ukraynaya hərbi yardım üçün təcili ehtiyacları üçün vəsaiti var, lakin uzunmüddətli dəstək üçün deyil", - deyə Jan-Pyer bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Kiyevə lazım olan qədər kömək etməkdə qərarlıdır, lakin Konqresdəki respublikaçıların addımları buna kömək etmir:
“Prezident dünən dedi ki, respublikaçıların son hərəkətlərində gördüklərimiz müttəfiqlərimizə və tərəfdaşlarımıza kömək etmir”.