Rusiya qisasa başladı: İrəvana ilk iqtisadi zərbə belə vuruldu...
Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları işə salıb.
Paralel.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Məlumata görə, ilk hədəf erməni konyakı olub.
Artıq iki həftədir Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində Ermənistandan Rusiyaya yollanan konyakla dolu 60 TIR qalıb. Onların Rusiyaya keçməsinə icazə verilmir.
TIR-lara Ermənistandan Rusiyaya ixrac olunması nəzərdə tutulan “Ararat” və “Noy” markalı konyaklar yükləndiyi bildirilir.
Rusiyanın Ermənistana qarşı daha sərt sanksiyalar tətbiq edəcəyi gözlənilir.