Yük maşını aşdı - 10 nəfər öldü

Yük maşını aşdı - 10 nəfər öldü
 

Meksikanın Çiyapas ştatında yük maşınının aşması nəticəsində 10 nəfər ölüb.

"Paralel.az" xəbər verir ki, bu barədə “El Universal” qəzeti mülki müdafiə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində dördü azyaşlı olmaqla daha 15 nəfər xəsarət alıb.

Miqrantları daşıyan yük maşınının aşmasının səbəbləri müəyyən edilməyib.

 

0.072779178619385