Malidə üsyançılar ordu bazasını ələ keçiriblər

Malidə üsyançılar ordu bazasını ələ keçiriblər
 

Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.

Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.

Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.

Xatırladaq ki, “Tuareq” qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır. 2015-ci ildə hökumətlə qiyamçılar arasında sülh müqaviləsi imzalanıb, lakin həmin vaxtdan silahlılar Burkina-Faso və Niger sərhədində daha da fəallaşıblar.(Report)

 

0.021027088165283