Britaniya “Typhoon”ları Polşaya yerləşdirib

Britaniya “Typhoon”ları Polşaya yerləşdirib
 

Böyük Britaniya oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri öncəsi ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya "Typhoons" göndərib.

"Paralel.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təyyarələr Polşanın xahişinə cavab olaraq göndərilib.

Şappsın fikrincə, bu addım Rusiyanın müdaxilə təhlükəsi fonunda NATO müttəfiqinə dəstək üçün güclü siqnal olacaq.

 

0.014880895614624