Almaniya zavodlarını vuracağıq - Medvedyev

Almaniya zavodlarını vuracağıq - Medvedyev
 

Berlin və London Ukraynada hərbi fəaliyyətlərini davam etdirsələr, Britaniya hərbi təlimatçıları və Almaniyanın müdafiə zavodları Rusiyanın qanuni hədəflərinə çevriləcək.

"Paralel.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Medvedyev alman deputat Mari-Aqnes Ştrak-Zimmermanın Rusiya ərazisindəki logostik mərkəzlərin vurulması üçün Ukraynaya “Taurus” raketlərinin verilməsilə bağlı təklifini qanunsuzluq adlandırıb:

“Deyirlər, bu, beynəlxalq hüquqa uyğundur. Yaxşı, belə olan halda, bu raketlərin istehsal olunduğu alman zavodlarına da zərbələr beynəlxalq hüquqa tam uyğun olacaq”.

 

0.012543916702271