Pakistan DİN Hindistan kəşfiyyatının ölkədə törədilən terror aktlarında əli olduğunu açıqladı

Pakistan DİN Hindistan kəşfiyyatının ölkədə törədilən terror aktlarında əli olduğunu açıqladı
 

Pakistanın daxili işlər nazirinin səlahiyyətlərini icra edən Sarfraz Əhməd Buqti cümə günü Pakistanın Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərində baş verən terror aktlarında Hindistan kəşfiyyat xidmətlərinin əli olduğunu açıqlayıb.

“Paralel.az” bu barədə “Dawn” qəzetinə istinadən xəbər verir.

“Bəlucistandakı bütün böyük insidentlər ATİ (Araşdırma və Təhlil İdarəsi, Hindistan kəşfiyyat xidməti – red.) ilə yanaşı Pakistandakı vəziyyəti sabitsizləşdirməyə çalışan qüvvələrlə də əlaqəlidir. ATİ-nin intihar hücumunda əli var”, - Buqti mətbuat konfransında deyib.

O həmçinin Pakistanda fəaliyyət göstərən silahlı qrupları təqib etməyə və onların ziyarətgahlarını dağıtmağa söz verib.

 

0.015467882156372