Eskalasiya ilə deokkupasiyaya-2

Eskalasiya ilə deokkupasiyaya-2
 

Eskalasiya ilə deokkupasiyaya-2

Milli təqvimin hərbi ayı: 27 sentyabr (2020), 12 sentyabr (2022) və 19 sentyabr (2023)... Eskalasiya –deeskalasiya –danışıqlar...
Hərbi-siyasi-taktiki manevrlərlə Qarabağın deokkupasiyası istiqamətində sahədə və masada addım-addım, qarış-qarış irəliləyirik.
Ötən ilin sentyabr eskalasiyasından sonra gələn deeskalasiyada - Avropa Siyasi Birliyinin (ASB) 1-ci Praqa sammitində (6 oktyabr) Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Bu sammitin bazasında Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəqəmli tanıdı.
Arada yarımhərbi eskalasiya Laçın dəhlizində aksiya ilə başladı və postla bitdi...
Qarşıdan ASB-nin Qranada (İspaniya) və ya 3-cü sammiti (5 oktyabr) gəlir: Əliyev, Paşinyan, Mişel və Makron üçüncü dəfə, kansler Şoltsla birlikdəsə ikinci dəfə bir araya gələcəklər.
Gözləyək və görək lokal antiterror əməliyyatı növbəti deeskalasiyaya qədər bizi haralara aparacaq?!.

Qəzənfər Həmidoğlu

"Paralel.az"

0.013262987136841