Hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub

Hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub
 

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

"Paralel.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

0.01689600944519