Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi 

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi 
 

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib. 

"Paralel.az" xəbər verir ki, o şəxsi insatqram hesabında deputatla şəkilini yayımlayaraq Ramiz Rövşənin "Ayrılıq” şeirindən bir hissə paylaşıb:

"Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla, "Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

 

0.014945030212402