Ermənistan çoxdan gözlədiyi cavabı aldı...
Tapdıq Abbas
Qarabağ müharibə veteranı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi", "Paralel qəzeti" MMC holdinqin direktoru, "Azad Jurnalistlər Təşkilatı" İB-nin dönəm sədri.
Azərbaycan gücünü düşmənə göstərdi...
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən düz 3 il ötdü, səbrlə göôüTRDDRRFFFFRRRRRdöhs³843,zlədi, amma 30 il torpaqlarımızı erməni işğalında qalmasına dözən BMT, ATƏT, Minsk Qrupu Azərbaycanın bu dözümündən düz nəticə çıxarmadılar. Atalar yerində deyib ki, "səbr tükənəndə dözüm başlayır", erməni dığalarının şıltaqlığınqgķa çox dözdük və dözəkməkdən gözümüzün kökü saraldı...
44 gün ərzində kapitulyasiyaya uğrayan, Azərbaycan ordusunun qarşısında dözüş gətirməyən ermənilər düşdükləri vəziyyətdən qurtarmaq üçün himayəçilərinə yalvardılar, Rusiya tez dadına yetişdi. Məşum atəşkəs bəyanatı imzalandıqdan sonra onları himayə edən ABŞ, Fransa, Rusiya, İran(!) və diğər dövlətlərin təhriki ilə sərhədlərimizi qoruyan hərbiçilərimizi 3 il atəşə tutdular. Humanitar yardım adı altında Xankəndiyə xaricdən silah-sursat daşıdılar, səngər qazdılar və müharibəyə hazırlaşdıqlarını gizlətmədilər.
Bir sözlə, son 3 il ərzində nə Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi, nə də Ermənistan və onu himayə edən dövlətlər (ABŞ, Fransa, Rusiya, İran) beynəlxalq hüququ ayaq altına atdılar, hörmət eymədilər, BMT və digər beynəlxalq təşkiatlar tərəfindən tanınan Azərbaycan ərazisi Qarabağı ermənilərə vəd edənlər geri durmadılar, ölkəmizin ərazisini işğal edənlər əl çəkilmədilər.
Rusiyanın Ukraynaya hərbi təcavüz etməsi nəticəsində, onun xeyli zəiflədiyini, hərbi gücünün çox hissəsini itirdiyini düşünən ABŞ və Fransa Cənubi Qafqazı Rusiyanın əlindən almaq üçün mümkün olan bütün vasitələrlə Ermənistanda hakimiyyətə gətirdikləri Paşinyana kömək, hərtəfli ysrdım edirlər. Bunun üçün Qərb dövlətləri ilk növbədə Ermənistanın və dünyada güclü olan erməni lobbisinin ən böyük istəyini yerinə yetirməyə, Azərbaycan torpağı Qarabağın taleyinin ermənilərin istəyinə uyğun həll etməyə girişdilər...
Azərbaycan Prezidenti son üç ildə Ermənistan xalqını və hakimiyyətini dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan himayəçilərinin tapşırığı ilə Azərbaycanın döyüş bölgələrini mütəmadi olaraq bütün silah növlərindən atəşə tutdu, hərbçilərimizi və mülki şəxsləri qətlə yetirdilər.
Yeri gəlmişkən, qeyd edim ki, 44 günlük Vətən müharibəsindən keçən 3 il müddət ərzində Ermənistanın hərbi təxribatları və mina terroru nəticəsində Azərbaycan dörd yüz nəfərə yaxın hərbçi və mülki şəxslərini itirib.
Nəhayət, Azərbaycanın səbr kasası doldu, daşdı! Artıq dözmək mümkün deyildi, DİN 5 nəfər zabiti və yol tikintisi ilə məşğul olan iki mülki vətəndaşımız ermənilərin magistral yola basdırdığı 2021-ci il istehsalı olan mina partıamasının qurbanı oldular və beləliklə, Azərbaycanın dözümü bitdi!
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın əmrilə şanlı ordumuz öz torpağında lokal hərbi əməliyyatlara başladı və 23 saat 45 dəqiqə ərzində Xankəndində yerləşən qanunsuz seperatçıların on mindən çox topladığı dığalardan ibarət "ordu" və "oyuncaq rejim" rəhbərliyi təslim olduqlarını Rusiya sülhməramlılarının vasitəsilə Azərbaycan rəhbərliyinə bildirdilər və beləliklə ölkəmiz öz suverenliyini tam təmin etmək imkanı qazandı...
"İmkanı qazandı" ifadəsini cümlədə ona görə işlədirəm ki, Rusiya ordusunun sülhməramlı adı ilə torpağımızı işğal etməsi real faktdır, suverenliyimizə ciddi əngəldir və Qarabağda Azərbaycan hakimiyyətinin tam bərpasını ciddi şübhə altına alan böyük hərbi qüvvədir...
Hamı yaxşı bilir ki, Ermənistanın işğalı etdiyi torpaqları Rusiyanın köməyilə zəbt edib. Azərbaycanın Qarabağ və ətraf rayonlarının bir kəndini belə, 30 il ərzində azad etməyə imkan verməyən Rusiya 2020-ci ildən bəri, Azərbaycanın torpaqlarını işğaldan azad etməyə mane olmur. Əksinə, Paşinyan Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb, ABŞ və Fransa dövlətlərinə üz tutduğuna görə, Rusiya Azərbaycan ordusunun gücü ilə Ermənistanda hərbi vəziyyəti gərginləşdirməklə Paşinyanı devirəcəyini düşünür.
Bizim üçün yaxşı olan odur ki, bütün hallarda Azərbaycan üçün Cənubi Qafqazda yeni üfüqlər açılır, cənab Prezidentin ölkəmizin suverenliyinə tam qovuşmasına nail olması üçün tarixin verdiyi Rusiya-Ermənistan qarşıdurması fürsətindən məharətlə istifadə edir, onun həyata keçirdiyi uğurlu xarici siyasi-hərbi siyasət xalqımız və dövlətimiz üçün tam suverenlik vəd edir...
Qarabağ Azərbaycandır!