Öz uşağı öldü, xəstəxanadan körpə qaçırdı...

Öz uşağı öldü, xəstəxanadan körpə qaçırdı...
 

Türkiyədə özünü tibb işçisi kimi təqdim edən qadın suriyalı bir ailənin 3 günlük körpəsini xəstəxanadan qaçırıb. 

Xarici media xəbər verir ki, hadisə İzmirdə baş verib. 

Qadın tezliklə qaçırdığı körpə ilə birlikdə tutulub. Məlumata görə, 51 yaşlı S.G. özünü ailəyə tibb işçisi kimi təqdim edib və bir neçə gün tez-tez xəstəxanaya gəlib, ailə ilə münasibət qurub, körpənin baxımında ailəyə kömək edib və oğurluğu planlaşdırıb. 

0.021231889724731