Ekologiya nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində nələr baş verir?
19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətovu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.
Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
Gəlin, indi isə cənab ekologiya naziri Muxtar Babayevin 2 il öncə Azər Məcid oğlu Şükürovu Agentliyin sədr müavini təyin etməsinə nəzər salaq.
Muxtar Babayev 20.10.2020-ci il tarixdə Azər Şükürovu Agentliyə sədr müavini təyin edib. Elə mövzunu da 2 ildir sədr müavini vəxifəsini tutan Azər Şükürovun fəaliyyətinə həsr edəcəyik.
Qeyd edək ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmət göstərən publik hüquqi şəxsdir.
Amma Agentliyin sədr müavini Azər Şükürov üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur. Onun bildiyi bir meyar var, o cənab nazirin Muxtar Babayevin dostudur, tələbə yoldaşıdır. Bu yaxınlığa görə, Azər Şükürov istədiyini edə bilər. Hətta deyirlər ki, onu nazir də vəzifəsindən çıxara bilməz, çünki açar sandığı, tökər rüşvəti…
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir. Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var-"ekoloji terror".
Bütün bunlara görə Azər Şükürov rəhbər şəxs olaraq məsuliyyət daşıdığını yəqin ki, bilir... Bir anlıq təsəvvür edin, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları keçir. Nəticədə Azər Şükürovun rəhbərlik etdiyi Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edir və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə manat pulla kifayətlənməyən Agentliyin rəhbərliyi həm də karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizminin nə olduğunu nazir də, Agentlik sədrinin müavini də yaxşı bilir.
Amma sözdə təbiətin inkişafdan, ona bəslədiyi sevgidən, məhəbbətdən ağzı köpüklənə-köpüklənə danışan Azər Şükürov kimilər, utanmadan, gözə kül üfütüb, ğlkə rəhbərliyino aldatmaq üçün başlarının üstünə Ulu Öndər Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyub, sevəsiniz” kəlamını yazdırıb asıb, lakin təbiətin anasını ağlatmaqla məşğuldurlar.
Araşdırma göstərir ki, Azər Şükürovun ana təbiətə sevgisi ilə bağlı xeyli uzun mətbuatda müsahibələrə rast gəldik. Hətta Azər Şükürov öz müsahibəsinin birində qeyd edir ki, kaşki, təbiəti qoruyanlar olasınız, stəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir:
“Hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır.
Dağ-mədən sənayesi elə kadrlar tələb edir ki, ali təhsilli, müəyyən hazırlıq keçmiş, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə bələd olan, sahə üzrə novator fikirlər irəli sürsünlər və öz təkliflərini qəbul etdirə biləcək savada malik olsunlar. Doğrudur, belə bacarıqlı gənc kadrlar ölkəmizin hər bir sahəsinə lazımdır. Ancaq ölkəmizdə müasir dağ-mədən sənayesi sahəsində tamamilə yeni, müasir təfəkkür tərzinə malik bacarıqlı kadrlar çatışmır.
Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadrlar ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdi, sonra təcrübəli kadrların çoxu işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər”.
Baxın, Azər Şükürov bu ifadəsi ilə mətləb üstünə gəldi. Cənab Azər Şükürov, sizin bu müsahibənizi oxuyanda vaxtilə Prezident Administrasiyasının rəhbəri olan cənab Ramiz Mehdiyevin “Mənə savadlı və təmiz bir hüquqşünas verin" deməyi yadıma düşür.
Sizə savadlı kadrlar lazımdır, yoxsa?- rüşvət və korrupsiya işini yaxşı təşkil etməyi əla bacaran kadrlar?!...
Ona görə də oxuduğum bütün müsahibələrindən bir nəticə çıxardım. Sənin kimilərin avazı yaxşı gəlir, amma oxuduğunuz təbiətə sevgi barədə moizə deyil. Bu olsa-olsa, Ekalogiya naziri Muxtar Babayevin və Azər Şükürovun Prezidendən gizli “EKOLOJİ TERROR”a bilərəkdən rəvac verib, cibini doldurmaqla məşğul olan şərik dostlar olaqraq nazirliyi zəbt edən yarıtmaz vəzifə sahiblərisiz!
Mənbə: Gundelik baki.com
Paralel.az