Vardanyanın həbsinə ABŞ-dan reaksiya

Vardanyanın həbsinə ABŞ-dan reaksiya
 

"Ruben Vardanyanın həbsi haqda məlumatımız var".

Paralel.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz yalnız situasiyanı diqqətlə izləyirik. Həbslə bağlı isə mənim heç bir şərhim yoxdur”, - o qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

0.01692008972168