Samanta Pauer Ermənisandan Azərbaycana gəlib

Samanta Pauer Ermənisandan Azərbaycana gəlib
 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer sentyabrın 27-də Azərbaycana səfərə gəlib.

USAID-in Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Pauer Azərbaycan rəsmiləri ilə görüşəcək, regiondakı vəziyyəti və Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar edilməsi perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, Paeur Azərbaycana Ermənistandan gəlib. O, dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Yuri Kimlə birlikdə bu ölkədə səfərdə idi. Onlar orada ABŞ-ın 19-20 sentyabr antiterror əməliyyatından sonra bu ölkəyə gələn Qarabağ ermənilərinə yardım ayıracağını açıqlayıblar.

0.013538122177124