“Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” mövzusunda təlim keçirilib
“Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” mövzusunda təlim keçirilib
Sentyabrın 22-də “Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Palçıq vulkanlarının yaratdığı fəsadlar, ətraf mühitə təsiri və insanların maarifləndirilməsi” layihəsi çərçivəsində Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin gənc əməkdaşlarına təlim keçib.
Təlimi birliyin Sədri Afaq Səmədzadə giriş sözü ilə açıb və təlimin vacibliyini vurğulayaraq, sözü g-m. ü.f.d., dosent Səbinə Kazımovaya verib. Səbinə Kazımova çıxışında təlim iştirakçılarını palçıq vulkanları, onların ətraf mühitin ekologiyasına , eləcə də əhalinin sağlamlığına təsirləri haqqında danışıb. Vulkanın təhlükəli fəsadları barədə məlumat verən Səbinə Kazımova palçıq vulkanlarının təkcə fəlakət mənbəyi deyil, həm də insanların mənafeyi üçün istifadə edilə bilən qiymətli təbii sərvət olduğunu bildirib. O, palçıq vulkanlarına təbii sərvət kimi yanaşılması və qorunmasının vacib olduğunu vurğulayıb.