"Onlar məhkəmə qarşısına çıxmalıdırlar, demişdim ki, Qarabağda buna fürsət var" - Babayan

 

Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan, Samvel Şahramanyan və 22 “deputat” məhkəmə qarşısına çıxmalıdırlar. 

“Ölkə.Az” xəbər verir ki, bunu Xankəndidən İrəvana qaçan Samvel Babayan deyib.

“Bu cinayətkarlar cavab verməlidirlər. Onlar Ermənistan ərazisinə daxil olan kimi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”, - Babayan deyib.

Bakı ilə məsələləri danışıq yolu ilə həll etməyin mümkün olduğunu qeyd edən Samvel Babayan deyib ki, alternativlər və bunun üçün fürsət də var idi.

“Sadəcə, yuxarıda qeyd etdiyim insanlar bunu istəmədi. Mən vasitəçilik yolu ilə danışıqlar apardım, Azərbaycan razılaşdı. Hamı gəlib məhkəmədə ifadə verəcək. Məhz onlar Qarabağı tamamilə Azərbaycana veriblər”, - Babayan bildirib.

Mürtəza
Ölkə.Az

 

0.014857053756714