Baş nazir bu şəxslərə aid QƏRAR İMZALADI

Baş nazir bu şəxslərə aid QƏRAR İMZALADI
 

Nazirlər Kabinetinin “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarında dəyişiklik edilib.

Paralel.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, bu Qaydanın 2.1-ci, 2.2-ci, 2.4-cü və 2.5-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

 

0.075971126556396