Azərbaycan Ermənistandakı AES-in fəaliyyətinin yaratdığı risklərdən narahatdır

Azərbaycan Ermənistandakı AES-in fəaliyyətinin yaratdığı risklərdən narahatdır
 

“Azərbaycan Ermənistandakı atom elektrik stansiyasının (AES) fəaliyyəti ilə bağlı ortaya çıxan təhlükəsizlik risklərindən narahatdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı deyib.

“Biz dövlətlərin nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququnu tam dəstəkləyirik. Lakin bu texnologiyalar transsərhəd xarakter daşıdığından potensial nəticələr də nəzərə alınmalıdır. Azərbaycan, o cümlədən, Metsamor AES ilə bağlı risklərdən narahatdır”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, Ermənistandakı AES 1976-1980-ci illərdə aktiv seysmik zonada köhnəlmiş texnologiyalar əsasında tikilib. “Köhnəlmiş texnologiyaların istifadəsi və avadanlığın köhnəlməsi, eləcə də seysmik aktiv regionun olması - bütün bunlar Metsamor AES-i bütün region üçün narahatlıq mənbəyinə çevirir”, - T.Əmiraslanov vurğulayıb.

O əlavə edib ki, Bakı İrəvanı BAEA-nın tövsiyələrini yerinə yetirməyə və qonşu ölkələrin narahatlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə çağırır.

 

0.017580032348633