Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir - Ərdoğan

Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir - Ərdoğan
 

“Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək”.

Paralel.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən jurnalistlərə açıqlamasında deyib.

“Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı sözün əsl mənasında köçüb. Hara? Azərbaycana. İndi 10 illərdən sonra Azərbaycan bu qətliamın hesabını sordu. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı”, - o bildirib.

 

0.017704963684082