Bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik - 
Ərdoğan

Bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
 

“Zəngəzur dəhlizi Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır”, - Ərdoğan qeyd edib.

 

0.012217998504639