Çox sevirəm Azərbaycan millətini, erməni millət deyil" - VİDEO

Çox sevirəm Azərbaycan millətini, erməni millət deyil
 

Qarabağı tərk edən erməni sakinlərdən birinin sözləri qısa zamanda viral olub.

Yaşlı erməni sakin Baku TV-yə açıqlamasında sözləri ilə diqqət çəkib:

“Mən Kəlbəcərdə 18 il Aydın Əzimovla işləmişəm. Ağdərədən gəlirəm. Həmişə azərbaycanlılarla birgə yaşamışıq. Onlardan heç bir pislik görməmişəm. Yaxşı qonşu olmuşuq. İstərdim ki, övladlarım azərbaycanılarla birgə yaşasın. Qardaş kimi dolanmaq istəyirəm. Mən Azərbaycan millətini çox sevirəm. Allah baxır bizə. Mən istəyirəm ki, bir yerdə işləyək, birgə dolanaq”. 

Yaşlı erməni sakin müxbirin “istəyərsinizmi sizə Azərbaycan vətəndaşlığı verilsin" sualına “hə cavabını verib:

“Allah haqqı istəyirəm. Çox sevirəm Azərbaycan millətini. Erməni millət deyil".

 

0.018285989761353