Buraka verilən hədiyyə onu duyğulandırdı - VİDEO

Buraka verilən hədiyyə onu duyğulandırdı - VİDEO
 

“CZN Burak” kimi tanınan türkiyəli fenomen aşpaz Burak Özdemirə özbəkistanlı fanatı son model avtomobil hədiyyə edib.

 “Haberler.com”a görə o, hədiyyə ilə qarşılaşanda duyğulu anlar yaşayıb.

Həmin görüntüləri instaqram hesabından paylaşaraq təşəkkür edib.

“İstanbul Mall-da yeni açdığımız "Czn Burak" restoranına özbəkistanlı qardaşım Aziz Vadi gəldi. O, ailəsi ilə birlikdə mənə hədiyyə gətirdi. Allah pul kisəsini bərəkətli etsin”, - deyə o qeyd edib.

Qeyd edək ki, "Czn Burak" ortaq olduğu atası tərəfindən aldadıldığını bildirib. Atası ilə ortaqlığına son qoyan aşpaz yeni bir yer açmaq üçün avtomobillərini satıb. 

 

 

0.01429009437561