Ermənistanda keşiş həmkarını güllələyərək öldürüb
 

Ermənistanda keşiş həmkarını güllələyərək öldürüb 
 

Ermənistanda Araqatsotn vilayətinin Voskeat icmasının nümayəndəsi, 57 yaşlı keşiş 58 yaşlı həmkarını “Amberd” adlı qalanın yaxınlığında odlu silahdan açdığı atəş nəticəsində öldürüb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, hadisə məişət zəminində mübahisə nəticəsində baş verib.

Keşiş cinayət törətdiyini etiraf edib.

0.028144121170044