Komandan Viktor Sokolov və daha 33 zabit məhv edilib – Ukraynadan SENSASİON BƏYANAT

Komandan Viktor Sokolov və daha 33 zabit məhv edilib – Ukraynadan SENSASİON BƏYANAT
 

Ukraynanın Rusiya Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğu iddia edilir.

“Ölkə.Az” xəbər verir ki, Ukrayna ordusu xüsusi təyinatlılarının Sevastopol şəhərində Rusiyanın “Minsk” desant gəmisi və Qara Dəniz Donanmasının qərargahına qarşı həyata keçirdiyi xüsusi əməliyyatla bağlı məlumat paylaşıb.  Qeyd olunub ki, Ukrayna qüvvələrinin “Minsk” desant gəmisini vurması nəticəsində 62 rus hərbçisi öldürülüb. Onların içində Qara dəniz donanması Dəniz Donanması Komandiri Viktor Sokolov olmaqla 34-ü zabit ölüb.

105 hərbçi isə yaralanıb. Endirilən zərbə nəticəsində isə Qərargahın binası sıradan çıxıb.
 
Rusiyanın Qara dəniz donanmasının komandanı Sokolov bu vəzifəyə 2022-ci ilin avqustunda təyin edilib.

Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Sevastopola raket hücumunun həyata keçirildiyini  və nəticədə Qara dəniz Hərbi Dəniz Qüvvələrinin tarixi qərargah binasına ziyan dəydiyini bildirsə də, hərbçilərin itkisi barədə heç bir məlumat verməyib. Rusiya Müdafiə Naziriliyi Kiyevin çoxsaylı itkilərlə bağlı səsləndirdiyi faktı nə təsdiq, nə də inkar edib.

Mürtəza
Ölkə.Az

 

0.025815963745117