İran dəniz ittifaq yaratmağı təklif edir

İran dəniz ittifaq yaratmağı təklif edir
 

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Fars körfəzinin səkkiz sahilyanı dövlətinə regional təhlükəsizliyi təmin etmək üçün dəniz ittifaqı yaratmağı təklif edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Kontr-admiral Əli Rza Tanqsirinin sözlərinə görə, Körfəz ölkələri səkkiz dövlətin ittifaqı çərçivəsində qarşılıqlı əməkdaşlıq yolu ilə regional təhlükəsizliyi təmin etməyə qadirdir:

“Dəniz ittifaqı region xalqlarının sülh şəraitində yaşamasına kömək edəcək. Kənar şəxslər regionda qanunsuz mövcudluğuna haqq qazandırmaq üçün iranofobiyaya təhrik edirlər. Xarici hərbi qüvvələr silah satmaq və neft ehtiyatlarını talamaq məqsədilə bölgədə yerləşirlər”.(axar.az)

 

0.013759851455688