Muradov Həmdulla Murad oğlunun xeyirxah insanların yardımına ehtiyacı var

Muradov Həmdulla Murad oğlunun xeyirxah insanların yardımına ehtiyacı var
 

Muradov Həmdulla Murad oğlunun xeyirxah insanların yardımına ehtiyacı var

"Paralel.az" xəbər verir ki, 13 yaşlı yeniyetmə "Limfosit leykoz" xəstəliyindən əziyyət çəkir.

Bu barədə redaksiyamıza məktubla müraciət edən Murad Muradovun (Həmdullanın atası)
sözlərinə görə, övladının müalicəsi bir müddətdir ki, dövlətin dəstəyi ilə "Milli Hematologiya və Transfuziologiya Mərkəzi"ndə həyata keçirilir.

Məlumat üçün bildirək ki, "Limfosit leykoz" xəstəliyinin müalicəsi qanın, qan kompanentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Bu xəstələr tibbi xidmətdən yararlanmaq üçün "Milli Hemotologiya və Transfuziologiya Mərkəzi"nə müraciət edərək müvafiq tibbi xidmətdən yararlanırlar.

Qeyd edək ki, Həmdullanın valideynləri onun sağalması və həyatda qalması üçün əlavə maddi yardıma ehtiyacları olduğunu bildirirlər.
Biz də öz növbəmizdə, "Paralel.az" olaraq Həmdullaya onun bu müraciətini işıqlandırmaqla yardım etməyə çalışdıq.
Həmdulla Muradoğluna maddi yardım etmək istəyənlər üçün aşağıdakı bank hesabını təqdim edirik. Bank Respublika - Neokart - 5235222235560550.

1.9279232025146