Yəmənin cənub-şərqində partlayış olub

Yəmənin cənub-şərqində partlayış olub
 

Yəmənin cənub-şərqində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə yerli "Belqees TV" telekanalı məlumat yayıb.

Məlumata görə, Müdafiə Qüvvələrinin dörd əsgəri təcili yardım maşınına quraşdırılmış partlayıcının işə salınması nəticəsində həlak olub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

0.013933181762695