Rumıniyada yaşayış binasında partlayış olub - ölənlər var

Rumıniyada yaşayış binasında partlayış olub - ölənlər var
 

Rumıniyanın Sibiu şəhərində yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb, 20-yə yaxın insan təxliyə edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Sibiu Fövqəladə Hallar Müfəttişliyinin mətbuat katibi Andrea Stefan bildirib.

Partlayışın ardınca yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın olub.

Mənzilin içərisində axtarış-xilasetmə işləri davam edir. Evin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti kəsilib.

Partlayışın səbəbləri yanğınsöndürənlər və xilasedicilər işlərini bitirdikdən sonra mütəxəssislər tərəfindən müəyyən ediləcək.

0.016307830810547