Parisdə etirazlar başlayıb

Parisdə etirazlar başlayıb
 

Fransanın paytaxtı Parisdə polis zorakılığına və irqçiliyə qarşı nümayiş keçirilir.

“Paralel.az” xəbər verir ki, etirazçılar Şimal vağzalından şəhərin şərqindəki Bastiliya meydanı istiqamətində yürüş ediblər.

Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.

Polis bu aksiyada 4-5 min adamın iştirak edəcəyini bəyan edib. Ümumilikdə ölkə daxilində 30 minə qədər etirazçı küçələrə çıxa bilər.

“Le Parisien” qəzetinin məlumatına görə, hakimiyyət Fransa şəhərlərinin küçələrində asayişi qorumaq üçün 30 minə qədər polis və jandarm cəlb etmək niyyətindədir.

 

 

 

0.01604700088501