Elşad Həsənovun işçiləri Yasamalda sahibkarları incidir...

Elşad Həsənovun işçiləri Yasamalda sahibkarları incidir...
 

Yəqin, oxucular xatırlayar, bu ilin fevral ayında saytımızda “Elşad Həsənov Yasamalı səhraya çevirir” başlıqlı məqalə dərc etmişdik.

Məqalədə Elşad Həsənovun “xeyir-duası” ilə A. M. Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilib, yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqları məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi.

Paralel.az xəbər verir ki, ümumiyyətlə, son zamanlar Yasamal rayonu ərazısındə obyektlərdən qanunsuz olaraq pul tələb edilməsi halları çoxaldığından vətəndaşların şikayətləri də artmaqdadır.

Redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A. M. Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla söküb.

Vətəndaşın dediyinə görə, Ümid Əsgərov icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr, göstərişi icra edəcəyini israr edib. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ümid Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət yetirilməsinə səbəb olub. Dövlət başçısının sahibkarlara dəstək verdiyi, şərait yaratdığı indiki zamanda Elşad Həsənov kimi məmurların belə süni maneçilik törətmələri yəqin ki, cəzasız qalmaz.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq (DİA.AZ)






Paralel.az

0.019817113876343