Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinləri girov götürdü

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinləri girov götürdü
 

Xankəndində şəhəri tərk etmək istəyən dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Bu barədə məlumat “Caliber”in sosial şəbəkə hesabında verilib. Məlumata görə, hazırda Xankəndidə bir qrup erməniəsilli sakin şəhəri tərk edərək Ermənistana getmək istəyir.

Bildirilir ki, dinc sakinlərin qohumlarının, dostlarının olduğu ölkəyə gedərək vəziyyət sakitləşənə qədər orada gözləmək istəmələri başadüşüləndir. Daxil olan müraciətlər nəzərə alınaraq Azərbaycan bu məqsədlə lazımi təhlükəsiz dəhliz yaradıb.

Lakin Xankəndidə qalan qanunsuz rejimin qalıqlarının nəzarətində olan erməni silahlı birləşmələri bu insanları girov götürüb və canlı sipər olaraq istifadə etmək niyyətindədirlər.

Onlar qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq.

0.017367839813232