Qarabağda törədilən atəşkəs pozuntularının görüntüləri “Haber Global”da

Qarabağda törədilən atəşkəs pozuntularının görüntüləri “Haber Global”da
 

Erməni silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin Qarabağda törətdiyi atəşkəs pozuntuları barədə “Haber Global” süjet hazırlayıb.

“Qafqazda sular durulmur. Erməni tərəfi atəşkəs qaydalarına riayət etmir. 2021-ci ilin yanvarın 30-dan Ağdamda yaradılan Monitorinq Mərkəzi Qarabağdakı atəşkəs pozuntularını aşkar edir və qeydə alır”, - deyə bildirilir.

Qeyd olunur ki, məlumata görə, qanunsuz erməni hərbi dəstələri 258 dəfə atəşkəsi pozublar:

“Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin elektron silahlardan istifadəsi, sərhəd və atəş pozuntuları qeydə alınır. Bütün qeydlər Müdafiə Nazirliyinin xəbərlərində paylaşılır”.

 

0.013044118881226