Rusiyalı ekspert: Cənubi Qafqaz tezliklə bölgəsinə çevriləcək

Rusiyalı ekspert: Cənubi Qafqaz tezliklə bölgəsinə çevriləcək
 

Ermənilərin Qarabağdan çıxması Rusiyanın Ermənistandan çıxması ilə bitəcək “İrəvan-Moskva  münasibətlərində sərinləşmə Serj Sərkisyanın Ermənistana prezidentlik dövründən başlayıb. Serj Sarkisyan zamanında  Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamağa cəhd etdi və bu da münasibətlərin soyuqlaşması ilə nəticələndi”.

Bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib.

Onun sözlərinə görə, Moskva İrəvanın Qərbə istiqamətlənəcəyi təqdirdə Ermənistanla münasibətləri balanslaşdırmaq istəyirdi. “Sonra Ermənistan Aİİ-yə daxil oldu və Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq eyni vaxtda geniş vüsət aldı. Rusiyada güclü azərbaycanpərəst lobbi formalaşıb.  Bu lobbi  Rusiyanın xarici siyasətinin Bakının xeyrinə yenidən qurulması istiqamətində fəal iş aparırdılar. Və məqsədlərinə də  çatdılar. Rusiya bərabər məsafəli siyasət kursu təyin etdi. Bu da o deməkdir ki, kim daha güclüdürsə, o qalib gələcək. Azərbaycan daha güclü oldu və Rusiya Ermənistanla müqavilə öhdəlikləri olsa da, Ermənistana kömək etməkdən imtina etdi. Bu da Rusiyada qərbyönlü siyasətçi kimi qəbul edilən Paşinyanın gəlişinin nəticəsi idi. Paşinyan hakimiyyətə gələrək bir sıra yanlış addımlar atıb. Nəticədə Rusiya neytral mövqe tutdu və Ermənistana kömək etmədi”, - o qeyd edib.

Plitoloq əlavə edib ki, ermənilər Qarabağı tərk etməyə məcbur olanda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənəcək və Ermənistan hökuməti KTMT-dən çıxacaq: “Rusiya hərbi bazasını çıxaracaq və Ermənistan bunun əvəzinə ABŞ-ı ərazisinə dəvət edəcək. Nəticədə, Azərbaycanın NATO üzvü olan Türkiyənin müttəfiqi olduğunu, Gürcüstanın da Şimali Atlantika alyansına yönəldiyini nəzərə alsaq, Rusiya Ermənistandakı mövcudluğunu itirəcək. Cənubi Qafqaz NATO regionuna çevriləcək”, - Aleksandrov vurğulayıb.

Mürtəza
Ölkə.Az

 

0.013470888137817