“Həyat üçün şans” RM-nin direktoru Elgiz Şirinov - Dövrün Şeyx Nəsrullahı...

“Həyat üçün şans” RM-nin direktoru Elgiz Şirinov - Dövrün Şeyx Nəsrullahı...
 


“Həyat üçün şans” Reablitasiya Mərkəzinin direktoru Elgiz Şirinovun həbsi qaçılmazdır...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİR hara baxır?

Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, müxtəlif xəstəliklər, asılılıq ( narkotik, alkoqol və s ) halları ilə mübarizə aparmaq, müalicə etmək üçün hər bir ölkədə Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər insanları sağlam həyat tərzinə qaytarmaq üçün müxtəlif, elmi cəhətdən əsaslandırılmış metodlardan istifadə edirlər. Bu mərkəzlərdə peşəkar, təcrübəli həkimlər, mütəxəssislər çalışırlar. Reablitasiya Mərkəzləri ölkə konstitusiyasına, ölkə qanunlarına uyğyn fəaliyyət göstərirlər. Azərbaycanda da belə Reablitasiya Mərkəzləri var.

Hətta Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət göstərir və İdarə Heyətinin sədri də cənab Anar Bayramovdur. Yəni Reablitasiya Mərkəzləri özfəaliyyət sahəsi deyil, dərnək kimi fəaliyyət göstərə bilməz.

Bu mərkəzlərin öncə maddi-texniki resursları olmalı və ən əsası həkim-mütəxəssis kollektivi olmalıdır. Reabilitasiya Mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir.

Digər tərəfdən Reabilitasiya Mərkəzləri sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binalarda yerləşdirilməlidir. Bura qədər yazdıqlarımz ölkəmizin qanunlarında da təsdiq olunub.

İndi gəlin görək, xeyli müddətdir ki, barəsində yazdığımız, Elgiz Şirinovun təsisçi və direktor olduğu “Həyat üçün şans” Reablitasiya Mərkəzi bu tələblərə cavab verirmi?

Öncə qeyd edək ki, Elgiz Şirinovun instagram səhifəsinə nəzər salanda, bəlli olur ki, bu adamın nəinki peşəkar tibbi təhsili, heç normal orta təhsili də yoxdur.

Elgiz Şirinovun Reablitasiya Mərkəzində nəinki təcrübəli həkimlər, heç orta təhsili olan tibb işçiləri də yoxdur. Belə olan halda bu adam ora topladığı minlərlə xəstəni necə və hansı metodla müalicə edə bilər. Axı, yuxarıda qeyd etdik ki, Reblitasiya Mərkəzləri elmi cəhətdən əsaslandırılmış metodlarla xəstələri müalicə edirlər.

Şeyx Nəsrullah əlinin hərəkəti ilə ölü dirildən kimi Elgiz Şirinov da xəstələri diriltmək əvəzinə onlardan sui-istifadə edərək milyonlar qazanır. Vallahi bu boyda cəhalət olmaz. Bu adam savadsız, təhsili olmayanın biridir. Elgizin instagram səhifəsində iri hərflərlə yazılıb: "Hədəfimiz sizi asılılıqdan xilas etməkdir. Həyatına şans ver. Sevgiynən şəhvəti səhv salma". Başa düşmək olmur ki, narkomanlar üçün nə sevgi, nə şəhvət? Bu adamın özünün ciddi müalicəyə ehtiyacı var.

Yuxarıda qeyd etdik ki, Reablitasiya Mərkəzlərinin ciddi sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olmalıdır. Elgiz Şirinov və arvadı harada gəldi, bağlarda Reablitasiya Mərkəzləri açıblar. Sabah bir yanğın olsa, xəstələr yansa, buna görə kim cavab verəcək?

Sözün qısası, Elgiz Şirinov böyük bir cinayətkar şəbəkə yaradıb. Bəli, məhz cinayətkar şəbəkə... Təəccüblənməyin. Bəli, Reabilitasiya Mərkəzinin sahibi Elgiz Şirinovun özünün “əməliyyat qrupu” var, “polis maşını” var, nə bilim, idmançı dəstəsi var...

Axı Elgiz Şirinov kimdir, nəçidir ki, dövlətin içində əməliyyat keçirir, kimisə həbs edir, kimisə ayaqlarından asır, kimisə suda boğur, kimisə karsa salır...

Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500 manat alır...

Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb. Elgizin arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini giya, orada müalicə edir...

Bəli, vaxtilə 5 manat pul dilənən ər-arvad narkomanların hesabına milyonçuya çevriliblər. Yasamal rayonu, N. Hikmət küçəsindəki evlərini 100 min manata təmir etdirirlər, 200 min manata maşın alırlar. Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər, onlar mütləq mənimlə razılaşmalıdırlar...

Bütün bunlar azmış kimi Elgizin Reablitasiya Mərkəzində vətəndaş ağır işgəncədən dünyasını dəyişib və buna görə mərkəzin 3 əməkdaşı 10-11 il həbs olunub. Sual olunur ki, bəs, Elgizə niyə gözün üstə qaşın var deyən yoxdur?

Bütün bunlar öz yerində, bəs axı yuxarıda yazdığımız kimi qanunla Reablitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Bəs bu dövlət qurumları hara baxır..?

Onu da qeyd edək ki, Elgizin əməlləri ilə bağlı hazırda Abşeron polisində istintaq gedir. Ümid edirik ki, obyektiv istintaqdan sonra Elgizin həbsi qaçılmaz olacaqdır.

Bizi izləyin.

P.S. Qanunsuz fəaliyyət göstərən Reabilitasiya Mərkəzləri ölkədə rüşvət hesabına fəaliyyət göstərir. İnanmayan varsa getsin görsün....

(Gundəlik-Bakı.com)

0.016059160232544