Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə görüşüb

Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə görüşüb
 

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqanda Respublikasının vitse-prezidenti Jessica Alupo ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tərəflər Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla Uqanda arasında əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıb.

 

0.019416093826294