Çindən Azərbaycana gələnlərin sayı KƏSKİN ARTIB

Çindən Azərbaycana gələnlərin sayı KƏSKİN ARTIB
 

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında Çindən Azərbaycana gələnlərin sayı 8,2 dəfə artıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Bildirilir ki, Ötən ilin eyni dövrü ilə müqayisədə Türkmənistandan gələnlərin sayı 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5%, İsraildən - 39,2%, Gürcüstandan - 32,9%, Böyük Britaniyadan - 27%, Küveytdən - 22,3%, Türkiyədən - 19,6%, Almaniyadan - 18,6%, BƏƏ-dən - 11,8%, Ukraynadan - 5,1% artıb.

Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

 

0.014793157577515