Ermənilər Qarabağda qalsa, sülh sazişi tezliklə imzalanacaq- İCG

Ermənilər Qarabağda qalsa, sülh sazişi tezliklə imzalanacaq- İCG
 

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə yeni reallıq formalaşıb. 

Bunu “kommersant”a  Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz məsələləri üzrə baş eksperti Olesya Vartanyan deyib.

 “Xankəndidə yerli hakimiyyət kapitulyasiyanı qəbul edib və indi bütün diqqət iki məsələyə, götürülmüş öhdəliklərin və  Qarabağda humanitar məsələlərin həlli yerinə yetirilməsinə yönəlib”, -o qeyd edib.
 Ekspert qeyd edib ki, başa düşməyənlərin problemi budur: “Ya qal, ya get”. 

 O əlavə edib ki, əgər toqquşmalardan qaçmaq mümkün olsa və Azərbaycan etnik təmizləmənin olmayacağına zəmanət verərək yerli əhalini qalmağa inandıra bilsə, o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcək. “Hələlik bu istiqamətdə işlər gedir.

“Silahsızlaşdırmanın necə baş tutacağı, yerli hakimiyyət orqanlarının necə formalaşacağı hələlik məlum deyil. Müqavilələrin yerinə yetirilməsinə kim cavabdeh olacaq? Hələlik məlum deyil ki, Bakı öz səlahiyyətlərini özü təyin edəcək, yoxsa yeni rəhbər yerli adam olacaq”, -o qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.012458086013794