İrəvan buna məcburdur, yoxsa gec olacaq - AÇIQLAMA

İrəvan buna məcburdur, yoxsa gec olacaq - AÇIQLAMA
 

“Son hadisələr bir daha Azərbaycanın dünyaya hansı gücə və necə bir  müdrik, qətiyyətli, cəsarətli  liderə malik oldğunu sübut etdi.  Məzh cənab Prezidentin yürütdüyü  müdrik, cəsarətli, uzaqgörən  siyasəti nəticəsində Azərbaycan dünyanın ən mürəkkəb bir münaqişəsini həll edib, ərazi bütövlüyünü, suverenliyini bərpa edə  bildi”.

Bunu açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, sonuncu sentyabrın 19-da Qarabağda həyata keçirilən və 24 saat ərzində  düşməni  ağır məğlubiyyətə uğradıb təslim etməyə, Bakının şərtlərini qəbul etməyə  məcbur edən  antiterror tədbiri də  cənab Prezidentin yürütdüyü siyasətin nəticəsi idi. “Azərbaycan ilk olaraq illərdir Qarabağdakı terrorçuların girovluğunda yaşayan sadə erməniləri girovluqdan azad etdi. Onlar bundan sonra rahat nəfəs alıb,  normal həyatlarını davam etdirə biləcəklər. Erməni icması bundan sonrakı taleyinin seçimində azad olacaq. İstəyəcəklərsə Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşamlarını davam etdirəcəklər, istəməyəcəklərsə də, yol onlara açıqdır. Təbii ki, Azərbaycan qarşı cinayət törətmiş terrorçular da öz layiqli cəzasını alacaq. Onlar törətdikləri cinayətin məsuliyyətdən canlaırnı qurtara bilməyəcəklər”, - o qeyd edib.

 Deputat əlavə edib ki,  Qarabağ beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınsa da,  ermənilərin havadarları həyata keçirilən antiterror tədbirləri zamanı ölkəmizə təzyiqlər edərək buna qarşı çıxırdılar: “Amma bütün bu təzyiqlərə baxmayaraq cənab Prezidentin qətiyyəti nəticəsində bütün bu maneələr  dəf edildi. Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa etdi. Ermənilər Bakının şərtlərini qəbul edərək   Yevlaxda  ilk görüş baş tutdu.

 Görüşdə Bakı Qarabağdakı  erməni icmasının Azərbaycana reinteqrasiya,  terrorçulaırn və qanunsuz hərbi birləşmələrin tərksilah edilərək,  ağır silahların utilizasiyası barədə tədbrilər planını təqdim edib. Erməni icması da Bakının diqqətinə onlara ilkin olaraq   nəyə ehtiyac duyduqlarını çatdırıblar. Artıq bu istiqamətdə ilkin nəticələr də var. Rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə silahlıların təksilah edilməsi ilə paralel olaraq erməni icmasına  zəruri  ehtiyac duyulan 20 tonluq humanitar yük çatdırılması istiqamətində addımlar atılıb. Bu proses davam edəcək. Azərbaycan ən qısa zamanda Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə  erməni icmasının  bütün sosial-iqtisadi problemlərinin həlli istiqamətində ciddi işlərə başlayacaq”.

BMT Təhlükəszilik Şurasının son iclasına toxunan deputat onu da deyib ki, ermənilərin havadarları, xüsusən də Fransa canfəşanlıq etsə də, onların addımları bu cəhdləri iflasa uğradı: “Nəticədə Azərbaycan  diplomatiyasının növbəti möhtəşəm  qələbəsi idi. Yığışdılar, danışdılar  yekunda heş bir səndə qəbul edə bilmədən dağğılışdılar. Bu ermənilərə və onların havadarlarına bir dərs olmalıdır. Bilməlidirlər ki, onların bundan sonra Azərbaycana qarşı bütün çirkin  cəhdləri iflasa uğrayacaq.

Ən yaxşı variant havadarları erməniləri başa salmalıdır ki, Azərbaycana qarşı təxribatçı hərəkətlərdən geri çəkilib Bakının şərtlərini qəbul edib sülh sazişi imzalamalıdır.  Yoxsa Azərbaycan qarşı istənilən təxribatçı cəhdin nəticəsi acı sonluqla bitəcək. Odur ki, İrəvan vaxt itirmədən  Bakının sülh şərtlərini qəbul edib sazişi imzalamalıdır.  Bakı dəfələrlə bəyan edib ki, vaxt itikisi Ermənistan dövlətçilyinin ziyanına işləyir. O baxımdan Ermənistan buna məcburdur, yoxsa sabah gec və  İrəvanın xeyrinə olmayacaq”.

Mürtəza
Ölkə.Az

 

0.018734931945801