Diqqət! 24 saatlıq antitterrora aid real kadrlardan klip hazırlandı - VİDEO

Diqqət! 24 saatlıq antitterrora aid real kadrlardan klip hazırlandı - VİDEO
 

Azərbaycan Ordusunun Azərbaycanın Qarabağ bölgəsində apardığı lokal xarakterli antiterror tədbirlərinə klip hazırlanıb.

Klipdə hərbi əməliyyatların aparıldığı ərazilərdə qeydə alınan görüntülərdən istifadə olunub.

Həmin klipi təqdim edirik:

Qeyd edək ki, sentybarın 19-da Azərbaycan Ordusu üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Billurə

 

0.024947166442871