Prezidentin gənc qadına dediyi sözlər gündəm oldu - VİDEO

Prezidentin gənc qadına dediyi sözlər gündəm oldu - VİDEO
 

Portuqaliyanın Prezidenti Marselo Rebelo de Sousa Kanadada səfəri zamanı müzakirə obyektinə çevrilib.

"Haberler.com" xəbər verir ki, buna səbəb anası ilə dayanan portuqal əsilli gənc qadına dediyi sözlər olub.

Ana və qızı ilə danışan 74 yaşlı prezident gənc qadına "Sən anandan şirinsən" deyib. O daha sonra qadının dekoltesini göstərərək "Soyuq dəyəcək sənə" söyləyib.

Prezidentin sözləri ölkədə müzakirə mövzusuna çevrilib.

Sosialist Partiyadan olan deputat İzabel Moreir "Bu zarafat deyil, cinsiyyətçilik bizi öldürür. Prezident dərhal üzr istəməlidir" deyib. 

"Paralel.az"

 

0.016458034515381