Biz nə görürük? - Sadiq Qarayev - FOTO

Biz nə görürük? - Sadiq Qarayev - FOTO
 

Biz nə görürük?

Bütöv mənzərə:
Azərbaycan dövləti ölkə konistitusiyası və beynəlxalq qanunlara əsaslanaraq terorçu silahlılara və rejimə qarşı antiterror əməliyyatı aparır və əsasən istədiyinə nail olur.
Şəhidlərimiz var. Həmişəki kimi əsasən kasıb övladları, sınıq salxaq komalarda böyüyən, daş kişilərin, milli yaddaş kişilərin çörəyilə böyüyən torpaq, vətən sahibləri.
Şəhidlərimiz var, özləri şəhidlik arzulayan, şəhid olacağını anlayanda cənnəti hiss edin sevinən bayraq kimi uca ruhlu qəhrəmanlar. Mən inanıram ki, onlar cənnətdə də axar su qırağında oturduqları o ağacın üstündən üç rəngli bayraq asacaqlar, bəlkə orda da elə bayrağın özü olacaqlar.
Toy xonçaları nəşini qarşılayan qəhrəmanlar.
Yaralı igidlərimiz var, canlə şəhidlərimiz.
Gözündən yaralananda gözündə gülən, şəhid olacaqlarına ümidləri artıb, ruhən sevinən.
Pafoslu, gopbaz ekspert filanlar var,
Bütün günü satytlarda, efirlərdə zəhləmizi tökür onlar.
Öz danışdığını özü anlamyanlar.
Aranın sakitləşdiyini gözləyənlər var, qalustukla gedib, boynunu şişirdib şəhid məzarı, ailəsilə şəkil çəkdirsinlər.
Siyasi mənafe, xal qazansınlar, guya iş görürmüş kimi görsənsinlər, guya şeir, nəsr yazacaqlar, yəni vətənpərvər olacaqlar.
İndi ortalıqda yoxdu onlar, boz saxtakarlar.
Bir qurup tərifbazlar var, çox şeyi anlamazlar, hər şeyi ağ görərlər. Basıb, bağlayıb, Zəngəzuru, İrəvanı, Monqolustanı alarlar.
Gözünü yumub ağzına gələnə ağlını inandıranlar.
Bir qurup nöqsan axtaranlar, tənqidbazlar var. Biz müharibə etməyəcəyik, Qarbağ əbədi gedib dedilər. 44 gündən sonra əvvəl gözlərini döydülər, dərhal da Xankəndi hanı dedilər.
İndi də ermənilər bizi aldadır, rus oyun oynayır və s. Deyib, zəfərlərə qara yaxırlar.
Bunların içərsində sadə vətəndaşlar da vardır ki, doğurdan da ola bilsin tam dərk etmirlər mənzərini, ürəkdən narahatdılar. Bu insanlar vətənpərvərdilər. Ancaq qəsdən, pusquda dayanıb milçək axtaran, tapanda gördüz, balinadı deyənlər də var.
Qarboyalı ruhlar, qarayaxanlar.
Döyüşən əsgər görürük, əzrayıla gülümsəyən, qorxmaz, düşmən yaralı buraxmaz, yarasını sarıyanlar.
Əslində Azərbaycan əsgəri dünyada yeni, unikal, hərbi institular tərəfindən tədqiq olunası, öyrəniləsi, akademiyaların önündə heykəli, şəkili olacaq mahiyyyətində, qiymətində olan məhfumdur. O amansızdır, o qorxmazdır, o peşəkardır, o cox mədənidir- döyüşdə çox öldürməyi bacarır, o çox humanistdir, düşmən uşağına çörək verir, yarasını sarıyır.
Azərbaycan əsgəri elə öz dövlətinə bənzəyir.
Azərbaycan dövləti mülki vətəndaşlara yardım edir, odur ey " Zirəli çörək" Xankəndiyə gedir.
Çörək verən dövlət.
Qüdrətli dövlət.
Bir gündə " artsaxı" çökürdən, başına ağ tuman keçirən dövlət.
Odur ey, Şuşanın girişindəki güc simvolu olan tankı qulağından tutub, göyə qaldırır.
O kran azərbaycançılıq məkurəsidir- Azərbaycan dövlətinin gücü, "artsaxı" qaldırır, guya qalin ordunun dəmir- dümür orden, medalını qaldırır, təsbeh, eynək, eyfel qaldırır, 200 illik erməniliyi, şeytanlığı qaldırır.
Yenə telefonçu qızı gördük, bacıları, dayıları kömək edə bilmədi, Şuşada beli qırılan " artsac, üç il sonra keçindi, bu gün üçüdü.
Heç kimə, heç nəyə fikir verməyən, öz dəmir yolu ilə dü gedən, sonranı, daha sonranı düzgün hesablaya bilən, zaman uduzmayan, istiyə, soyuğa, zərbəyə əyilməyən, 360 dərəcə hər tərəfi, xəyal kimi keçmişi, indini, gələcəyi görən,
tələsən, tələsən, son qələbə üçün ürəyi keçən, "əlinə mala alıb" Qarabağı, 3 ildə iki hava limanı tikən, 3 rayonu itkisiz alan, dağlarda komandolar hazırlayan Müzəffər Ali Baş komandanı gödük.
O həmişəki kimi məğrur idi,
Son, mat gedişini edirdi.

 

"Paralel.az" 

0.020112037658691