ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək

ABŞ
 

ABŞ-ın "Abrams" tanklarını Ukraynaya təhvil verəcəyi tarix açıqlanıb.

Paralel.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

O vurğulayıb ki, əməliyyat təhlükəsizliyi səbəbi ilə avadanlığın dəqiq hara çatdırılacağını dəqiqləşdirmək hüququ yoxdur. Lakin o, tankların yaxın günlərdə və həftələrd çatdırılacağını deyib.

Rayder qeyd edib ki, Kiyevə çatdırılma qrafikə uyğun davam edir. ABŞ Ukraynaya 31 ədəddən ibarət "Abrams" tanklarının batalyon dəstini təhvil verəcəyini vəd edib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin yaxın vaxtlarda "Abrams" tanklarının Kiyevə daşınacağını bildirmişdi:

"Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-ın vəd etdiyi "M1" "Abrams" tankları tezliklə Ukraynaya təhvil veriləcək".

 

0.0867760181427