Rus Pravoslav Kilsəsinin baş keşişi bu ölkədən qovuldu

Rus Pravoslav Kilsəsinin baş keşişi bu ölkədən qovuldu
 

Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Rus Pravoslav Kilsəsinin baş keşişi ölkədən çıxarılıb.

Bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

“Bolqarıstan hakimiyyəti hesab edir ki, ata Vassian ölkənin milli təhlükəsizliyinə təhdid yaradır”, - deyə Rusiyanın Bolqarıstandakı səfirliyinin yaydığı qısa açıqlamada qeyd olunur.
Hələlik Bolqarıstan hökuməti məsələ ilə bağlı açıqlama yaymayıb.

 

0.02958083152771