Dünya nüvə müharibəsi astanasındadır - Roma Papası

Dünya nüvə müharibəsi astanasındadır - Roma Papası
 

Dünya nüvə müharibəsinin astanasındadır.

Bu sözləri Roma Papası Fransisk deyib.

O, ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

“Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa Fransisk vurğulayıb.

 

0.028016805648804