Ukrayna Keniyada taxıl mərkəzi yaradacaq

Ukrayna Keniyada taxıl mərkəzi yaradacaq
 

Ukrayna prezidenti Vladimir Zelenski və Keniya Prezidenti Vilyam Ruto Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində görüşüblər.

Xarici KİV-lər xəbər verir ki, görüşdə Zelenski Afrikanın şərqindəki təcili ərzaq ehtiyaclarını ödəmək üçün Mombasa limanında taxıl mərkəzi quracağına söz verib.

Bu barədə Ruto “X” sosial media platformasında açıqlama verib.

Ruto, həmçinin ölkəsinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edib.

Qeyd edək ki, Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artan ərzaq qiymətləri səbəbindən çətin günlər yaşayan Afrika ölkələri iki ölkə arasında sülhün əldə edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib. Tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.

Paralel.az

 

0.01480507850647