“Məşhur” erməni Ağdərədə necə məhv olunduqlarından danışdı

“Məşhur” erməni Ağdərədə necə məhv olunduqlarından danışdı
 

İkinci Qarabağ savaşından sonra erməni və xarici mediaya müsahibələri ilə məşhur olan terrorçu Aşot Sevyan 24 saatlıq antiterror tədbrilərinin yekunu zamanı yenidən peyda olub.

Məşhur olan terrorçu Aşot Sevyan Ağdərə rayonun Kəlbəcərlə təmas xəttində döyüşdə olması barədə “hraparak”a açıqlama verib.

Sevyanın sözlərinə görə, Ağdarənin Çərəkdar ərazisində postda Azərbaycan ordusuna qarşı müqavimət göstərən bütün hərbçilər məhv edildi. 

“Çərəktarda postlarımızda mövqe tutanların hamısı öldürüldü, ölməyənlər qanaxmadan öldü. Çünki ilkin tibbi ləvazimatlar, yaralıları xəstəxanaya aparmağa maşınlar yoxdur. Müxtəlif qan qruplarından asılı olmayaraq, ölən döyüş yoldaşlarına kömək etmək üçün bir-birinin qanını iynə vururlar ki, heç olmasa ömrünü bir az da uzatsınlar...” Sevyan bildirib. 

Sevyan həmçinin bildirib ki, artıq onlar tutduqları 105-ci mövqedən geri çəkiliblər: “İndiyədək heç kimlə əlaqə yarada bilməyiblər”.

Paralel.az

 

0.013458013534546