Rus döyüş təyyarəsi qəzaya uğradı

Rus döyüş təyyarəsi qəzaya uğradı
 

Rusiyanın Voronej vilayətində Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 11:00 radələrində planlaşdırılmış təlim uçuşunda 2 nəfər heyət oturacaq atma sistemi ilə xəsarət almadan xilas olub.

İlkin təsbitlərə görə, sözügedən hadisənin texniki səbəblərdən baş verə biləcəyi bildirilib.

Günay

 

0.019681930541992