Beqlaryan - Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları davam edir

Beqlaryan - Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları davam edir
 

“Bu dəqiqə davam edən savaş bir dəqiqə əvvəl dayandırılmalıdır, çünki qurbanların və yaralananların sayı sürətlə artır. Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları davam edir. Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin müharibəni dayandırmaq istəmədiyi göz qabağındadır. Rusiya Federasiyası, ABŞ və Aİ Qarabağı Azərbaycana tabe edilməsinə çalışır”.

“Paralel.az” xəbər verir ki, bunu Xankəndidəki terrorçu “nazir” Artak Beqlaryan yazıb.

O daha sonra yazıb: “Belə çətin geosiyasi vəziyyətdə və belə son dərəcə qeyri-bərabər müharibədə nəticə əldə etmək qeyri-mümkündür. Biz tamamilə mühasirədə və tək qaldıq, hətta Ana Ermənistan da bu mübarizədə Qarabağdan imtina etdi.

Belə aşkar çıxılmaz vəziyyətdə əsas prioritet insan həyatının xilas edilməsi olmalıdır.

Mənim üçün belə bir mətn yazmaq çox çətindir, amma məcburuq.  

P.S. Qoy heç kim, xüsusən də Qarabağdan kənarda bu sərt reallıqdan uzaqlar mənə vətənpərvərlik dərsi keçməyə çalışmasınlar”.



 

0.085166931152344