SOCAR "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR
 

SOCAR "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB rəhbərliyinin Kürdəmir rayonunda vətəndaş qəbulu keçiriləcək. 22 sentyabr saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.

0.015178918838501